Güclü liderə xalqın etimadı

XƏBƏR XƏTTİ
Bakı sakininin maşını Şuşada minaya düşdü•Prezident 3 rayona icra başçısı təyin etdi•Müştərilərə bazarda “yaş” adı ilə suya salınmış qoz satılır – AQTA susur – Ekspert•Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlandı•Göytəpə şəhərində şəhidlərin xatirəsi yad edildi – FOTOLAR•Bakıdan Naxçıvana reyslər təxirə salındı•Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: “Bizi görüb qaçdı” – VİDEO•Bizi heç bir çətinlik qorxutmur•Bakı sakininin maşını Şuşada minaya düşdü•Prezident 3 rayona icra başçısı təyin etdi•Müştərilərə bazarda “yaş” adı ilə suya salınmış qoz satılır – AQTA susur – Ekspert•Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri açıqlandı•Göytəpə şəhərində şəhidlərin xatirəsi yad edildi – FOTOLAR•Bakıdan Naxçıvana reyslər təxirə salındı•Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: “Bizi görüb qaçdı” – VİDEO•Bizi heç bir çətinlik qorxutmur•

Hər bir dövlətin inkişafını təmin edən ən vacib amillərdən biri liderlik fenomenidir. Tarixi təcrübədən də aydındır ki, siyasi liderin nüfuzu, təsir qüvvəsi onun ölkə daxilində, xalq arasında populyarlığından asılıdır.  Liderin rəhbərliyi dövründə sosial, iqtisadi və siyasi sahədə apardığı işlərin nəticələrinə görə insanların müəyyən rəyləri formalaşır. Bu kontekstdə Azərbaycan təcrübəsi də cəlbedici nümunə kimi diqqət çəkir. Azərbaycanın müstəqil dövlət kimi dayanıqlı inkişafını təmin edən mühüm amillərdən biri xalqın öz liderinə güvənməsi, onun siyasətini tam dəstəkləməsidir. Daha dəqiq desək, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində möhtəşəm uğurlar qazanan, beynəlxalq müstəvidə öz mövqeyini möhkəmləndirən Azərbaycanda xalq-iqtidar birliyi sarsılmaz əsaslara söykənir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev siyasi müstəvidə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində nəzarətini bərpa etdi. Bu proses, sözsüz ki, ötən ilin avqustunda Ağ Evdə sülh sazişinin imzalanması ilə nəticələndi. Azərbaycan özünün strateji müstəqilliyini, ABŞ, Avropa və Türkiyə ilə güclü əlaqələrini qoruyub saxladı, Rusiya və Çinlə münasibətlərini davam etdirdi və 2024-cü ildə Bakıda COP29-a ev sahibliyi etdi.

Beləliklə, təəccüblü deyil ki, Azərbaycan xalqı cənab İlham Əliyevə etimad göstərərək beş dəfə prezident seçib və hər dəfə də daha böyük səs çoxluğu ilə.

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində   “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir deyilənləri bir daha təsdiq etdi. Beləliklə,  Möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.

Elvin Cavadzadə,

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil

sektorunun aparıcı məsləhətçisi

                                                                                          

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt