Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı

XƏBƏR XƏTTİ
Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•Cəlilabadda Konstitusiya Günü münasibətilə tədbir keçirildi – FOTOLAR•13 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu məhsullar bahalaşıb – Siyahı•Xəstəxana qəzalı vəziyyətdə imiş – Nazirlik məlumat yaydı•Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi – Yenilənib•Küləklə bağlı xəbərdarlıq•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•Cəlilabadda Konstitusiya Günü münasibətilə tədbir keçirildi – FOTOLAR•13 noyabrda bizi nə gözləyir? – Ulduz falı•

Səhiyyə Nazirliyi təmirə bağlanan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı məlumat yayıb.

Mecra.az xəbər verir ki, məlumatda institutun binasının texniki vəziyyəti ilə əlaqədar korpuslardan birinin fəaliyyətini dayandırdığı qeyd olunub.

Bildirilib ki, uzun müddət istismarda olan binanın texniki vəziyyətinin qiymətləndirilməsi zamanı onun bəzi hissələrinin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Tibbi personalın və pasiyentlərin təhlükəsizliyini əsas götürülərək müvafiq korpusun fəaliyyətinin dayandırılması qərara alınıb.

Pasiyentlərə göstərilən xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tibbi yardımın Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində təşkili nəzərdə tutulur.

Bu çərçivədə pasiyentlərin tibbi göstərişlərinə və müalicə ehtiyaclarına uyğun olaraq müvafiq profilli tibb müəssisələrinə yönləndirilməsi təmin ediləcək.

Həyata keçirilən tədbirlərin əsas məqsədi pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda əhaliyə göstərilən tibbi xidmətlərin davamlılığının qorunmasıdır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt