“Azərbaycanda təxminən 2 500-ə yaxın məscid var, amma təyin edilmiş din xadimlərinin sayı 1 300 nəfərdir”.
Mecra.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir:
“Təyinat alan din xadimlərimizin təxminən üçdə birinin isə ümumiyyətlə, nə ali, nə də orta ixtisas dini təhsili var. Xaricdə dini təhsil alıb gələnlərin sayı ən azı 3 500 civarındadır. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda dini təhsilə cəlb olunması əsas prioritet istiqamətlərimizdən biridir”.
Onun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutunun 50-yə yaxın məzunu xarici ölkələrə təyinat alıb. (Oxu.Az)