Emin Əmrullayev onu yüksək vəzifəyə təyin etdi – FOTO

XƏBƏR XƏTTİ
İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Lənkəranda kütləvi zəhərlənmə – 3-ü azyaşlıdır•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•Cəlilabadda Konstitusiya Günü münasibətilə tədbir keçirildi – FOTOLAR•13 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur•“Heç olmasa gəlib bu evi düzəltsinlər, yaşayaq…” – VİDEO•100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi – VİDEO•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Lənkəranda kütləvi zəhərlənmə – 3-ü azyaşlıdır•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•Cəlilabadda Konstitusiya Günü münasibətilə tədbir keçirildi – FOTOLAR•13 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur•“Heç olmasa gəlib bu evi düzəltsinlər, yaşayaq…” – VİDEO•100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi – VİDEO•

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub.

Mecra.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Nigar Kərimovanı İnstitutun kollektivinə təqdim edib.

Xatırladaq ki, Nigar Kərimova 2016–2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi fəaliyyətlə məşğul olub, həmçinin Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. 2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində elmi tədqiqatlarını davam etdirib, 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt