Natiq Əliyevin qızından şikayətçi olan da general imiş

XƏBƏR XƏTTİ
İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Lənkəranda kütləvi zəhərlənmə – 3-ü azyaşlıdır•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•Cəlilabadda Konstitusiya Günü münasibətilə tədbir keçirildi – FOTOLAR•13 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur•“Heç olmasa gəlib bu evi düzəltsinlər, yaşayaq…” – VİDEO•100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi – VİDEO•İlham Əliyev Maya Sandu ilə görüşdü – FOTOLAR•Lənkəranda kütləvi zəhərlənmə – 3-ü azyaşlıdır•Əliyevlə Zelenski Dublində görüşdü – FOTOLAR•Cəlilabadda Konstitusiya Günü münasibətilə tədbir keçirildi – FOTOLAR•13 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur•“Heç olmasa gəlib bu evi düzəltsinlər, yaşayaq…” – VİDEO•100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi – VİDEO•

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. 

“Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir.

Ceyhun Rzayev və digər zərərçəkmişin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub.

Məsələ ilə bağlı Türkərin vəkili Hikmət Əliyevlə də əlaqə saxladıq. Vəkilin sözlərinə görə, müdafiə tərəfi olaraq ittihamı qəbul etmirlər və zəruri sübutlarını təqdim edəcəklər: “Hazırda ölkə xaricindəyəm. Amma işdən tam xəbərim var. Onu deyə bilərəm ki, bu, mülki xarakterli bir məsələdir, cinayət faktı yoxdur. Bütün sübutlarımızı istintaq orqanına və məhkəməyə təqdim edəcəyik”.

General qızı barədə hələlik məhkəmə qərarı yoxdur. O, hazırda prokurorluqda ifadə verir.

Qeyd edək ki, Türkər Əliyeva tanınmış mediatordur. Ceyhun Rzayev isə uzun illər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləyib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt