Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yaradıcı surətdə uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və dinamik inkişafa nail olub. Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə müsahibədə dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində, əhəmiyyəti getdikcə artan ticarət marşrutu üzərində yerləşir. Qlobal ticarət və təchizat zəncirlərinin yenidən formalaşdırıldığı bir vaxtda Azərbaycanın strateji rolu güclənir.
Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır.
Beləliklə, bütün bunlara əsaslanaraq, biz iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Əsas prioritetlərin bir neçəsini qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Qarşıdakı illər ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq.
Yerli və xarici investisiyalar üçün bu əla fürsətdir. Bu, həmçinin gələcək iqtisadi inkişafın mühüm tərkib hissəsi ola bilər.
Mirnatiq Teymurov,
Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı