Burada 11-ci sinfi bitirən dörd şagirdin hamısı ali məktəbə qəbul olub – Cəlilabadın ucqar kəndindən reportaj – VİDEO

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

Baku TV-nin “Kəndinə qayıt” verilişinin yeni buraxılışında Cəlilabad rayonunun dağlıq ərazisində yerləşən Alaşar kəndinə səfər edilib.

Alaşar kəndi zəngin təbiəti, bulaqları, meşələri və kənd təsərrüfatı ənənələri ilə seçilir. Sakinlərin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Xüsusilə Alaşar soğanı və sumaq kəndin tanınan məhsulları sırasındadır.

Kəndin təxminən 400 illik tarixə malik olduğu bildirilir. Sakinlərin sözlərinə görə, ərazi əvvəllər qışlaq kimi istifadə olunub və kəndin formalaşması da bu yaşayış ənənəsi ilə bağlıdır.

Alaşarın əsas problemlərindən biri yolların vəziyyəti, digəri isə kənddə qaz xəttinin olmamasıdır. Sakinlərin sözlərinə görə, qış aylarında yanacaq üçün meşədən odun gətirmək xüsusilə yaşlı insanlar üçün çətinlik yaradır. Kənddə 20-dən çox bulağın olduğu, ərazinin turizm üçün əlverişli imkanlara malik olduğu da qeyd edilir.

Alaşar məktəbində bu il 11-ci sinfi bitirən dörd şagirdin hamısı ali məktəbə qəbul olub. Məktəb rəhbərliyinin sözlərinə görə, bu nəticə kənd məktəbinin son illərdə əldə etdiyi ən yüksək göstəricidir. Şagirdlərdən üçünün müəllimlik ixtisasını seçməsi, gələcəkdə kəndə qayıdaraq burada işləmək istəklərini bildirmələri də diqqət çəkib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt