“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub.

Mecra.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib.

Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışıb və əlaqələr qurub. O, dostluq münasibətində olduğu Tamerlana birgə iş qurmağı təklif edib. Belə ki, Vüsal həmin şəxsə “Toyota Bakı Mərkəzi”nə Yaponiyadan ölkəmizə müxtəlif avtomobillərin gətirilməsinin sifariş edildiyini, lakin bəzi hallarda müştərilərin sonradan həmin sifarişlərdən imtina etdiyini deyib. Vüsal imtina edilmiş avtomobilləri sərfəli şərtlərlə əldə edib sata biləcəklərini və bu yolla birlikdə gəlir əldə edə biləcəklərini bildirib. Bu yolla Vüsal dostundan 2024-2025-ci illərdə külli miqdarda pul alıb. Lakin sonradan o yoxa çıxıb və aldığı pulları geri qaytarmaqdan imtina edib.

İstintaqla müəyyən edilib ki, Vüsal Tamerlanın 610 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

İş üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə Vüsal Kərimovu Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda zərər vurmaqla) maddəsi üzrə təqsirli bilib.

O, 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt