Azərbaycanda bu sürücülər də imtahan verəcək

XƏBƏR XƏTTİ
Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”•Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi – VİDEO•3 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Sabahın havası açıqlandı•Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq? – Açıqlama•Noyabrda ardıcıl 4 gün iş olmayacaq•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”•Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi – VİDEO•3 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Sabahın havası açıqlandı•Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq? – Açıqlama•Noyabrda ardıcıl 4 gün iş olmayacaq•

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil olunacaq.

Bu barədə Mecra.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 313 (beynəlxalq yükdaşıma – 105, operatorların məsul şəxsləri – 15, ölkədaxili sərnişin daşıma – 67, ölkədaxili yük daşıma – 126) nəfər qeydiyyatdan keçib.

İmtahanın keçirilməsi üçün 4 imtahan rəhbəri, 21 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı ayrılıb.

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin imtahanı DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.

Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanı isə DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhəri, 4 saylı orta məktəbdə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi imtahanları DİM-in elektron imtahanlar korpusunda (Bakı ş.,Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt