Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir

XƏBƏR XƏTTİ
“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”•Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi – VİDEO•3 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Sabahın havası açıqlandı•Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq? – Açıqlama•Noyabrda ardıcıl 4 gün iş olmayacaq•Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır – Açıqlama•Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir•“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”•Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi – VİDEO•3 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Sabahın havası açıqlandı•Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq? – Açıqlama•Noyabrda ardıcıl 4 gün iş olmayacaq•Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır – Açıqlama•Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir•

Müəllim vakansiyaları üzrə işə qəbul elan edilir.

Mecra.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, BŞTİ tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış müvəqqəti vakant yerlərin kadr təminatının həyata keçirilməsi məqsədilə müəllimlərin işə qəbulu elan edilir.

İşə qəbul üzrə müraciətlər aşağıdakı fənlər üzrə qəbul olunur:

– Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi);

– Riyaziyyat (Azərbaycan bölməsi);

– İngilis dili (Azərbaycan bölməsi);

– İbtidai sinif (Azərbaycan bölməsi).

Cari ildə keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edərək Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə 70 faizdən, ibtidai sinif üzrə isə 80 faizdən yüksək nəticə göstərmiş namizədlər qəbul prosesində iştirak etmək üçün müraciət edə bilərlər.

Namizədlər müraciət zamanı şəxsiyyət vəsiqəsini və müvafiq ixtisas üzrə sənədi (diplom) təqdim etməlidirlər.

Tələblərə cavab verən namizədlər 2 noyabr 2026-cı il tarixindən etibarən saat 11:00-dan 17:00-dək müvafiq sənədlərlə BŞTİ-yə müraciət edə bilərlər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt