Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır – Açıqlama

XƏBƏR XƏTTİ
“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”•Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi – VİDEO•3 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Sabahın havası açıqlandı•Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq? – Açıqlama•Noyabrda ardıcıl 4 gün iş olmayacaq•Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır – Açıqlama•Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir•“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”•Ərdoğan Zəfər Günü təbrikini Azərbaycan səmasından etdi – VİDEO•3 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Sabahın havası açıqlandı•Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq? – Açıqlama•Noyabrda ardıcıl 4 gün iş olmayacaq•Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır – Açıqlama•Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir•

“Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir”.

Mecra.az xəbər verir ki, bu barədə Azərbaycan Media və Yayım Şurasının açıqlamasında deyilir.

“Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikası Prezidentinin çıxışları, bəyanatları və fəaliyyəti barədə məlumatların ilkin və rəsmi mənbəyi dövlət başçısının rəsmi internet informasiya ehtiyatı və sosial şəbəkə hesablarıdır. Bu mövzuda məlumatların hazırlanması və yayılması zamanı məhz həmin mənbələrə istinad olunmalı, digər resurslarda təqdim edilən ifadə və fikirlər rəsmi mənbələrdən təsdiqlənmədən dövlət başçısına aid edilməməlidir.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatların dəqiqliyinin yoxlanılmasına məsuliyyətlə yanaşmağa, təqdim olunan məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə dəqiqləşdirməyə və dezinformasiyanın yayılmasına yol verməməyə çağırır”, – məlumatda qeyd olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt