“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri sayılan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Rais Rəsulzadənin doğum günü olub.

Mecra.az xəbər verir ki, 80 yaşını qeyd edən Rais Rəsulzadə Modern.az-a açıqlamasında bildirib ki, doğum gününü təntənəli keçirməyib.

Onun sözlərinə görə, bir neçə qohumu onu təbrik etmək üçün ziyarətinə gəlib: “Doğum günümü təntənəli şəkildə qeyd etmədim. Səhhətimdə də müəyyən problemlər var. Bir-iki nəfər qohum-əqrəba baş çəkməyə gəlmişdi, eləcə də telefonla təbrik edənlər oldu. Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”.

R.Rəsulzadə qeyd edib ki, dərs dediyi universitetdə də onun doğum günü münasibətilə konfransın keçirilməsi nəzərdə tutulubmuş. Lakin səhhətində yaranan problemlər səbəbindən tədbirin vaxtı dəyişdirilib: “Universitetdə konfrans və digər tədbirlərin keçirilməsi planlaşdırılırdı. Ancaq xəstələndiyim üçün onları da sonraya saxladılar”.

Qeyd edək ki, Rais Rəsulzadə 1946-cı ildə Qazaxıstanda anadan olub. O, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar rəssamı” adına layiq görülüb. Ailəlidir, Humay adlı bir qızı var.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt