Bolqarıstanda ilk dəfə qadın prezident seçildi

XƏBƏR XƏTTİ
“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•“Müəllimlərin böyük çoxluğu tədris fəaliyyətini davam etdirir”•

Bolqarıstanın dövlət başçısı səlahiyyətlərini icra edən İliana Yotova predizent seçkilərinin ikinci turunda qalib gəlib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, səslərin 57,66 faizini toplayan Yotova bununla Bolqarıstanın ilk seçilmiş qadın prezidenti olub.

Onun rəqibi Andrey Qyurov isə ikinci turda 39,38 faiz toplayıb. Seçicilərin 2,96 faizi isə heç bir namizədi dəstəkləməyib.

Qeyd edək ki, İliana Yotova 2017-ci ildən vitse-prezident postunu tuturdu. Ölkə lideri Rumen Radevin istefasından sonra isə dövlət başçısının səlahiyyətləri ona keçmişdi.

Oktyabrın 25-də baş tutan seçkilərin birinci turunda Yotova 34,76%, Qyurov isə 31,95% səs toplamışdı. Namizədlərin heç biri səslərin 50 faizindən çoxunu qazana bilmədiyindən ikinci tur təyin edilib. Həmin turda seçici fəallığı rekord səviyyədə az olub və təqribən 23% təşkil edib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt