Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub.
Mecra.az xəbər verir ki, nazir Anar Əliyevin Əmrinə əsasən bu vəzifəyə Vəzirov Rəşid Şamil oğlu gətirilib.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur, tibb üzrə fəlsəfə doktorudur.
2018-ci ilin noyabr ayından Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərib. 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 2021-ci ilin sentyabrından sabiq səhiyyə naziri Oqtay Şirəliyev “Respublika Diaqnostika Mərkəzi” ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib. O.Şirəliyevin vəfatından sonra ötən il oktyabrın 9-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və o, baş direktor seçilib. (Qafqazinfo).