Bu şəxslər hərbi xidmətdən azaddır – QANUN

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Azərbaycan Respublikasında vətəndaşların hərbi xidmətə yararlı olub-olmaması konkret tibbi meyarlar və hüquqi çərçivə ilə tənzimlənir.

Mecra.az xəbər verir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, hərbi xidmətə yararsızlıq Hərbi-Həkim Komissiyasının (HHK) tibbi rəyi ilə dinc dövrdə yararsız (ehtiyata keçirilən) və ya həm dinc, həm də müharibə dövründə tam yararsız (uçotdan çıxarılan) olaraq təsdiqlənir.

Yararsızlıq qərarı əsasən şizofreniya, ağır depressiya, əqli gerilik və epilepsiya kimi psixi xəstəliklər; II-III dərəcəli hipertoniya, ürək, böyrək və ağciyər çatışmazlığı, bronxial astma, qaraciyər sirrozu kimi daxili xəstəliklər; III-IV dərəcəli skolioz, ağır yastıpəncəlik və ətrafların amputasiyası kimi sümük-əzələ zədələnmələri; bədxassəli şişlər, hemofiliya, leykoz, İİV və aktiv vərəm kimi ağır patronaj tələb edən hallar; həmçinin kar-lallıq və ağır görmə qüsurları zamanı verilir.

Proses çağırışçının ilkin komissiya müayinəsindən keçməsi, ehtiyac olduqda təyin olunmuş dövlət xəstəxanasında stasionar müayinə olunaraq rəsmi tibbi akt alması və həmin akt əsasında Mərkəzi Hərbi-Həkim Komissiyasının yekun qərarı təsdiqləməsi ilə yekunlaşır./bakupost

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt