Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı

XƏBƏR XƏTTİ
“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” – Ərdoğan•“İnsanların kitaba münasibətinin dəyişdiyini görürük” – Qulu Ağsəs•“Buna görə ödüm partladı…” – Tacir Şahmalıoğlu•Sabah 30 kənddə qaz olmayacaq – Xəbərdarlıq•Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi•“Ceyhun Sabunçu”nun qətlinə görə həbs edilənlərin daxil olduğu şəbəkə hədə-qorxu ilə pul tələb edirmiş•Baş nazirdən siyahıyaalma işçilərinin maaşları ilə bağlı qərar•Şagirdlərə ayrılan illik məbləğlər açıqlandı – Yeni qərar•“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” – Ərdoğan•“İnsanların kitaba münasibətinin dəyişdiyini görürük” – Qulu Ağsəs•“Buna görə ödüm partladı…” – Tacir Şahmalıoğlu•Sabah 30 kənddə qaz olmayacaq – Xəbərdarlıq•Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi•“Ceyhun Sabunçu”nun qətlinə görə həbs edilənlərin daxil olduğu şəbəkə hədə-qorxu ilə pul tələb edirmiş•Baş nazirdən siyahıyaalma işçilərinin maaşları ilə bağlı qərar•Şagirdlərə ayrılan illik məbləğlər açıqlandı – Yeni qərar•

Gəncə Dövlət Universitetinin nəzdindəki Gəncə Dövlət Regional Kollecində korrupsiya faktları üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən gedir.

Prokurorluq tərəfindən aparılan istintaqla Kollecin sabiq rəhbərləri Fəxrəddin Zeynalov və İlqar Kubışov, habelə iki əməkdaşı Gülnar Bağırzadə və Məlahət Əsgərova cinayət məsuliyyətinə cələb edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər həbsdə deyil. Məhkəməyə qədər barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Dəymiş ziyan ödənilməsə, eks-vəzifəlilər 5 ildən 10 ilə qədər həbs edilə bilərlər.

Qeyd edək ki, Gəncə Dövlət Regional Kollecinin 2023-cü ilə kimi rəhbəri Fəxrəddin Həsənov olub. O, təqaüdə getdikdən sonra yerinə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Kubışov təyin edilib. Lakin Kubışov cəmi 1 il sonra vəzifəsindən azad olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt