Sabah Şəkinin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.
Mecra.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Şəki şəhərinin, 2 qəsəbəsinin və 30 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.