“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi ilə “The Exodus Road” təşkilatı onlayn görüş keçirib – FOTOLAR

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nümayəndələri “The Exodus Road” təşkilatının Qlobal Proqramlar üzrə vitse-prezidenti Sarah Ray və onun həmkarları ilə onlayn görüş keçiriblər.

Mecra.az xəbər verir ki, görüş zamanı tərəflər təmsil etdikləri təşkilatların fəaliyyəti barədə məlumat veriblər. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nümayəndələri, həmçinin Azərbaycan İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının fəaliyyəti, üzv təşkilatları və onların insan alverinin qarşısının alınması, potensial qurbanların müəyyənləşdirilməsi və zərərçəkmiş şəxslərə dəstək göstərilməsi istiqamətində həyata keçirdikləri işlər barədə məlumat təqdim ediblər.

Tərəflər insan alverinin qarşısının alınması və onunla mübarizə sahəsində təcrübə mübadiləsi aparıblar.Potensial insan alveri qurbanlarının və şübhəli şəxslərin rəqəmsal üsullarla müəyyən edilməsi, kibertəhqiqatların aparılması və açıq mənbələr əsasında kəşfiyyat (OSINT) imkanlarından istifadə məsələlərinə xüsusi diqqət yetirilib.

“The Exodus Road” təşkilatının nümayəndələri müstəntiqlərin və hüquq-mühafizə orqanları əməkdaşlarının təlimi, iş materiallarının hazırlanması və aidiyyəti qurumlara praktiki əhəmiyyət daşıyan rəqəmsal sübutların təqdim edilməsi üzrə proqramları haqqında məlumat veriblər.

Görüşdə, həmçinin Insan Alverinə Qarşı Mübarizə Üzrə Qht Koalisiyasi ilə “The Exodus Road” arasında bu istiqamətlərdə qarşılıqlı əməkdaşlığın qurulması, birgə təlimlərin keçirilməsi, təcrübə, praktiki alət və metodologiyaların mübadiləsi imkanları müzakirə olunub. Tərəflər əlaqələrin davam etdirilməsində və gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarının araşdırılmasında maraqlı olduqlarını bildiriblər.

 

Bir dərs, eynək və mətn şəkili ola bilər
Bir dərs və eynək şəkili ola bilər
Bir ‎dərs və ‎bunu deyən yazı "‎Meet- D uoque neet.google.com weckopogle.com/opmdarsplple qum dbsw- -shplpl=1 ent human trafficking and protect survivors 0 Meeting detalk MehribanZeynalova Mehriban Zeynalova Jondan Smith 0 b 1 K K n 1 0 e 2 - ዮ c ح و + F4 ٥ 1 - e ب = ح w a ل د ២ لا ح 2 w L B O‎"‎‎ şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar və eynək şəkili ola bilər
Bir dərs şəkili ola bilər

👁 28 baxış