Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin tarixi və mədəni köklərə dayanan əlaqələri keyfiyyətcə yeni mərhələyə qalxaraq, strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qırğızıstana səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir. Dövlət başçılarının rəsmi görüşündə müzakirə olunan məsələlər və imzalanan sənədlər münasibətlərin sonrakı mərhələdə yüksələn xətlə inkişafına təkan vermiş oldu.
Qeyd edək ki, ölkələrimiz arasında diplomatik münasibətlər, İkitərəfli əlaqələrin bünövrəsi 1995-ci ilin avqustunda Ulu Öndər Heydər Əliyevin Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illik yubileyi çərçivəsində Qırğızıstana ilk səfəri ilə qoyulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstana səfəri zamanı imzalanan sənədlər olduqca böyük əhəmiyyət daşıyır. İyulun 31-də Azərbaycan və Qırğızıstan Prezidentlərinin təltif olunma mərasimi keçirilib. Qırğızıstan Prezidenti Sadır Japarov 1-ci dərəcəli “Manas” ordenini dövlətimizin başçısına təqdim etdi.Möhtərəm Prezidentimiz cəanab İlham Əliyev isə “Heydər Əliyev” ordenini Qırğız Respublikasının Prezidenti Sadır Japarova təqdim etdi. Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi.
Dövlətimizin başçısı bu səfər çərçivəsində keçirilmiş mətbuat konfransında qeyd edib ki, “Bu gün biz Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəldik. Əminəm ki, bu, son hədd deyil, çünki Fondun fəaliyyəti ilə bağlı aldığımız təqdimat onun konkret məzmunla zənginləşdirildiyini göstərir”, – deyə dövlət başçısı vurğulayıb. Azərbaycanda yüklərin bütün istiqamətlərə-həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları qardaş ölkələr üçün açıqdır.
Rəxşəndə Qasımova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi
👁 9 baxış
