Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib – FOTO

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Xocalı rayonunun Şuşakənd kəndində Hüseynovlar ailəsində oğlan övladı dünyaya gəlib.

Mecra.az xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Məlumata görə, boyu 50 santimetr, çəkisi 2 kiloqram 700 qram olan körpə avqustun 2-də xəstəxanadan evə buraxılıb.

Körpəyə Mustafa Kamal adı verilib. O, Şuşakənd sakini Şamil Hüseynovun ikinci övladıdır. Onun dünyaya gəlməsi uzun illərdən sonra yenidən həyatın canlandığı Şuşakənd üçün əlamətdar və sevindirici hadisə kimi qiymətləndirilir.

Qeyd olunub ki, bu sevinc təkcə Hüseynovlar ailəsinin deyil, doğma yurduna qayıdan bütün Şuşakənd sakinlərinin sevincidir. Bu hadisə eyni zamanda Şuşakənddə yeni həyatın başlandığını, davamlı məskunlaşmanın və Böyük Qayıdış prosesinin uğurla davam etdiyini göstərən rəmzi hadisə kimi dəyərləndirilir.

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt