Qeyri-etik paylaşımlar edən cəlilabadlı tiktoker həbs olundu

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə zidd qeyri-etik davranışlar sərgiləyən və bu məzmunlu paylaşımlar edən daha bir tiktoker həbs edilib.

Mecra.az “Unikal”a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Əlikram Heydərov Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə inzibati xəta protokolu tərtib olunaraq iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Əlikram Heydərov 8 sutka müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, analoji səbəbdən tiktokerlər – Sənur Əzizov və Müjgan Məmmədzadə də inzibatı qaydada həbs ediliblər.

Əldə etdiyimiz məlumata görə, Əlikram Heydərov Cəlilabadın Çünzəli kəndindəndir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt