Cəlilabadda şəhid mayor Əhməd Hüseynağa oğlu Abdullayevin 50 illik yubel tədbiri qeyd olunub.
Mecra.az xəbər verir ki, tədbirdə şəhid mayorun ailəsi, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Ordusunun peşəkar hərbçisi olan Əhməd Abdullayevin keçdiyi döyüş yolundan bəhs ediblər.
Qeyd edək ki, Əhməd Abdullayev 1976-cı il iyulun 30-da Cəlilabad rayonunda anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1992-ci ildə təhsilini davam etdirmək məqsədilə İstanbul şəhər hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib. 2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb. 2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirib.
2010-cu ilin sentyabr ayının 4-də xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Allah cəmi şəhidlərimizi rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN








👁 36 baxış
