Azərbaycanda universitetə rektor TƏYİN EDİLDİ – FOTO

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

Azərbaycanın Türkiyədəki keçmiş təhsil müşaviri Nəcibə Nəsibova Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru təyin olunub.

Mecra.az xəbər verir ki, rektor Nəcibə Nəsibova 525.az-a müsahibəsində xəbəri təsdiqləyib.

Onun sözlərinə görə, bununla bağlı qərar universitetin Qəyyumlar Şurasının iclasında qəbul edilib. Daha sonra təyinat elm və təhsil nazirinin imzaladığı müvafiq əmrlə rəsmiləşdirilib.

Nəcibə Nəsibova uzun illər Azərbaycanın Türkiyədəki Təhsil Müşavirliyi vəzifəsində çalışıb. 30 ildən artıq müddətdə o, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin akademik və sosial məsələlərinin həllində iştirak edib, həmçinin Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində fəaliyyət göstərib.

Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq 2023-cü ildə iki ölkə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən əldə edilib. 2024-cü ilin fevralında Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında bununla bağlı müvafiq memorandum imzalanıb.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 23-də imzaladığı sərəncamla Türkiyə-Azərbaycan Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq və ödənişli əsaslarla da tələbə qəbulu ala bilmə hüququ verilib.

2024-cü ildən bu yana universitetin rektoru vəzifələrinin icrasını Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev icra edirdi.

İki ölkə arasında ali təhsil və elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılan universitetin fəaliyyət istiqamətləri sırasında ortaq təhsil proqramlarının hazırlanması, elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsi yer alır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt