İstanbulda məktəblərdə namaz otaqları yaradıla bilər

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

İstanbul valisi Davut Gül şəhərin bütün 39 rayonunun rəhbərliklərinə məktub göndərərək dövlət məktəblərində şagirdlər və təhsil işçiləri üçün namaz otaqlarının yaradılmasını təklif edib.

“Qafqazinfo” “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, sənəddə ibadət üçün imkanların yaradılmasının vətəndaşların əsas hüquq və azadlıqlarının bir hissəsi olduğu, eyni zamanda şagirdlərin mənəvi, sosial və əxlaqi inkişafına kömək etdiyi qeyd olunub.

Müraciətə əsasən, yeni layihələndirilən məktəb binalarında cümə namazlarının qılınması üçün kifayət edəcək namaz otaqlarının nəzərdə tutulması tövsiyə olunur. Fəaliyyət göstərən təhsil müəssisələrinə isə mövcud otaqları bu məqsədlə yenidən təchiz etmək təklif edilib.

Məktubda həmçinin vurğulanıb ki, xüsusi təchiz olunmuş otaqların mövcudluğu şagirdlərə təhlükəsiz şəraitdə namaz qılmağa, dini səbəbdən dərs buraxılması hallarını azaltmağa və tədris prosesinin pozulmasının qarşısını almağa imkan verəcək.

Təşəbbüsün Türkiyə Təhsil Nazirliyinin təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ aktlarının müddəalarına əsaslandığı bildirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt