Elnur Azadxanov işindən ayrıldığını açıqladı

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov özünün Feysbuk səhifəsində vəzifəsindən azad edildiyini bildirib:

“Dəyərli dostlar, dəyərli məsləkdaşlarım.
Dünəndən etibarən Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsindən ayrıldım.

Bu yola 2020 ci ilin əvvəllərində Dünyada COVİD 19 pandemiyasının başlandığı dönəmdə insanlığı bu bəladan xilas etmək kimi bir amal uğruna çıxmışdıq. Gecəsi gündüzü bilinmədən canını fəda edən həkimlərimizlə birlikdə hər bir insanın həyatı uğruna 2 ilə yaxın bir müddətdə COVİD xəstəxanasının idarəolunması kimi müqəddəs bir missiyanı icra etmək, daha sonra 44 günlük Vətən Müharibəsində yaralılarımıza və şəhidlərimizin dəfnlərinin təşkilində xidmət etmək kimi ali bir missiyanı icra etmək nəsibimiz oldu. Bununla yanaşı Ölkədə sığorta təbabətinin təşkilində , strukturun formalaşdırılmasında, yeni xəstəxana idarəetmə sisteminin formalaşmasında yorulmadan çalışdıq. Bu günə qədər də hər bir xəstəyə həssas yanaşdıq. Hər bir Azərbaycan vətəndaşının sağlamlığı uğruna səylərimizi əsirgəmədik. Vətənimiz Azərbaycanın çiçəklənməsi üçün nə lazımdırsa bundan sonra da ərigəməyəcəyik və bundan qürur duyuruq. İnsanlığa xidmət etmək ən böyük xoşbəxtlikdir. Buna görə də mən Dövlətimə və onun Rəhbərinə sonsuz minnətdaram ki, bu şəraiti bizə yaratdı. Hər birinizə dərin hörmət və ehtiramlarımı çatdırıram”.

👁 50 baxış