Rafiq Cəlilov Zəhmətabad–Soltankənd avtomobil yolunda aparılan təmir işləri ilə tanış oldu – FOTOLAR

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Zəhmətabad–Soltankənd avtomobil yolunda aparılan əsaslı təmir işlərinin gedişi ilə yerində tanış olub.

Mecra.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Cəlilabad rayonunda yol infrastrukturunun yaxşılaşdırılması işləri uğurla davam etdirilir.

Bu çərçivədə, ümumilikdə 7 min nəfərdən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il tarixli 45 nömrəli Sərəncamı ilə müvafiq vəsait ayrılmış və layihənin icrasına başlanılmışdır.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunda aparılan əsaslı təmir işlərinin gedişi ilə yerində tanış olub.
Baxış zamanı görülən işlərin mövcud vəziyyəti, layihənin icra mərhələləri və qarşıda duran vəzifələr barədə aidiyyəti qurumların nümayəndələri tərəfindən ətraflı məlumat verilib.

Rayon İcra Hakimiyyətinin başçısı yolun əsaslı təmirinin yüksək keyfiyyətlə, müəyyən olunmuş texniki norma və standartlara uyğun şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb, tikinti işlərinin vaxtında başa çatdırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd olunub ki, həyata keçirilən əsaslı təmir işləri sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılmasına, yol hərəkətinin təhlükəsizliyinin artırılmasına və sakinlərin rahat gediş-gəlişinin təmin olunmasına mühüm töhfə verəcəkdir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt