Alisa ilə otaqda olanda qapı döyüldü – Xəlil Fərəməzoğlu yazır

Mecra.az Xəlil Fərəməzoğlunub RUS QIZI yazısını təqdim edir:

Əsgərlikdən qayıdandan sonra,kənd həyatına uyğunlaşa bilmədiyimdən Nənəmdən xeyir-dua alıb Rusiya şəhərlərindən birinə işləməyə getdim.Yola düşməmişdən əvvəl nənəm mənə dönə-dönə tapşırdı ki,bala,matişgələrdən özünü qoru,onlar qırsaqqızı kimi adama yapişdilər,ilan kimi boynüyə sarinib qopmeylər ha…

Rəsmi yerlərdə iş tapa bilmədiyimdən bazarda ticarətlə məşğul olmağa
başladım..Meyvə tərəvəz alveri ilə məşğul olduğumdan işim xod gedirdi..Çox gənc olduğumdan,rus dilini də yaxşı bildiyimdən ruslarla çox yaxşı münasibət qurmuşdum..

Alver etdiyim məkanın qarşısında bir aptek var idi.Aptekdə gözəl bir qız işləyirdi.Həmən qız ,demək olar ki,hər gün işdən çıxanda gəlib mənimlə alver edib ,birazda həmsöhbət olub evə gedərdi..Adı Alisa idi.Alisa o qədər gözəl idi ki,adam üzünə baxmağa belə utanırdı.Bizim kənd qızlarından fərqli olaraq incə belli,bapbalaca burnu,əli ağappaq, barmaqları təzə budaq kimi namnazik idi..

İki aylıq tanışlığımız,demək olar ki, səmimiyyətə çevrilmişdir.Hərdən bazar günləri şəhərdə görüşüb, həmsöhbət olub,vaxtımızı maraqlı keçirirdik..Bir gün Alisa evə gedərkən mənə dedi ki,sabah görüşək,bizə gedək.İstəyirəm ana atamla tanış edəm səni..Doğrusu Alisanın təklifi məni duruxdurdu.Bir anlığa nənəmin sözləri yadıma düşdü.Vay dədəm vay,mən heç bunun əlindən də tutmamışam,bu nə danışdı.Qorxu məni bürüdü..Amma daha gec idi,özümdən qeyri ixtiyarı razılıq vermişdim..

Səhərisi Alisayla görüşüb evlərinə getdik..İlk qapını açan Alisanın anası oldu.Məni çox xoş qarşıladı.Sonra atası mənimlə görüşüb qonaq otağına dəvət etdi.Çöldə soyuq olmağına baxmayraq,ev çox istiydi..Mən isə paltomu çıxarmaq istəmirdim.Atası paltomu çıxarmağa təkid etsə də mən razı olmadım..

Təxminən on dəqiqədən sonra Alisa mənim qulağıma pıçıldadı ki,görürəm burada sıxılırsan, keçək mənim otağıma..Mən qeyri ixtiyarı Alisanın atasına tərəf baxdım.Alisanın atası göz işarəsi ilə mənə işarə etdi..
-Durun gedin,Alisanın otağı maraqlıdır.Maraqlı musiqilər dinləyirsiniz..

İnanın,bu yandan həyacan,bu yandan paltonun istiliyi mənə elə bir istilik gətirib ki,cumculuq su olmuşam..Alisanın otağı çox səliqəli idi..Gəncə aid demək olar ki,hər şey var idi..Alisa maqnitofonu işə saldı.Mənim də xoşum gəldiyi həzin bir musiqi səsləndirdi.Bu eynidə qapı döyüldü..Kimdi,Alisa dinləndi..
-Mənəm qızım,anandır. Biz atanla şəhərə çıxırıq,yeməyiniz isə masanın üstündədir.Haçan acsanız, keçib yeyə bilərsiz..

Məni lap üşütmə tutdu,həyacan birazda bürüdü..Xəyalıma min dənə fikir gəldi..
-Ayə,mən nə qələt elədim bura gəlməkdə .Axı nənəm mənə demişdi,matişgədən uzaq ol..
Mən dərd içində,Alisa isə musiqi sədaları altında rəqs edir,sanki otağın ortasında mələk süzürdü.Mən isə o mələyi görməzdən keçib öz canımın halında idim..Hərdən də Alisa paltonumun yaxasından tutub özünə çəkərək…
-Ay balam,bu paltonu çıxart dənən,istidən bişdin ki,qorxma e,cibindən heçnə oğulamayacam..
Mən isə,əksinə paltonun düymələrini yenidən bərk-bərk bağlayıb,buradan necə əkiləcəyimi fikirləşirdim..Nəhayət ağlıma belə fikir gəldi..

-Alisa,mən dükanın qapısını açıq qoyub gəlmişəm..İcazə ver,tez gedim dükanı bağlayım,yoxsa dükanı çaparlar..
Alisa qəribə baxışlarla mənə baxıb,istehzayla güldü..

-Gedirsən get də,səni güclə saxlamamışam ki…Amma hara getsən bu paltonu da özünlə apar,o sənin qoruyucundur..

Mən isə,asta qaçan namərtdir,deyib ,dərindən nəfəs alaraq oradan uzaqlaşdım..Səhərisi gündən daha Alisa mənim yanıma gəlmədi.Amma hər dəfə apteki bağlayanda hiss edirdim ki,bir baxış da olsa mənə tərəf baxıb gedirdi..Mən də ona baxırdım,xoşum da gəlirdi,amma nənəmin vəsiyyətini də poza bilməzdim…

👁 56 baxış