Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi – Mərasimdən fotolar

XƏBƏR XƏTTİ
İcra başçısı Vətən müharibəsi qazisini ziyarət etdi – FOTOLAR•Yeni başçı kollektivə təqdim olundu•30 sentyabrda bizi nələr gözləyir? — ULDUZ FALI•Şeyx Əbdül xəstəxanaya yerləşdirildi•Oktyabrda hava necə olacaq?•Bakıda qadın öldürüldü – Əri saxlanıldı•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•Lənkəranda zəlzələ oldu•İcra başçısı Vətən müharibəsi qazisini ziyarət etdi – FOTOLAR•Yeni başçı kollektivə təqdim olundu•30 sentyabrda bizi nələr gözləyir? — ULDUZ FALI•Şeyx Əbdül xəstəxanaya yerləşdirildi•Oktyabrda hava necə olacaq?•Bakıda qadın öldürüldü – Əri saxlanıldı•Yeni icra başçısı kollektivə təqdim olundu – FOTOLAR•Lənkəranda zəlzələ oldu•

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.

Mecra.az xəbər verir ki, Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub.

Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir.

Bu zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihələri uğurla icra olunub. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.






Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt