İlham Əliyev həmkarını qarşıladı – FOTOLAR

XƏBƏR XƏTTİ
Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•Muxtar Maniyevin oğlu vəzifədən azad edildi•Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür – VİDEO•Cəlilabad sakininin Bakıda meyiti tapıldı•23 yaşlı Gülarənin qətli ilə bağlı – Yeni detallar•Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•Muxtar Maniyevin oğlu vəzifədən azad edildi•Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür – VİDEO•Cəlilabad sakininin Bakıda meyiti tapıldı•23 yaşlı Gülarənin qətli ilə bağlı – Yeni detallar•

Bu gün Azərbaycana dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub.

Mecra.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.

Türkmənistanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

 








Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt