Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir

XƏBƏR XƏTTİ
İstilik verilən məktəblərin sayı açıqlandı•Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•Muxtar Maniyevin oğlu vəzifədən azad edildi•Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür – VİDEO•Cəlilabad sakininin Bakıda meyiti tapıldı•İstilik verilən məktəblərin sayı açıqlandı•Bu məhsullar daha 3 il ƏDV-dən azad edilir•19 noyabrda bizi nə gözləyir? – Ulduz falı•Bu mənzillər vergidən azad ediləcək•Putinlə Si Cinpin nəyi müzakirə edib?•Muxtar Maniyevin oğlu vəzifədən azad edildi•Biləcəridəki Dəmiryol Xəstəxanası sökülür – VİDEO•Cəlilabad sakininin Bakıda meyiti tapıldı•

Azərbaycanda istehsal olunan (o cümlədən, sənaye üsulu ilə) kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyənin daha 3 il müddətinə – 2029-cu ilin sonuna qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi nəzərdə tutulur.

Mecra.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Bundan başqa, layihəyə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı, eləcə də satışı daha 3 il müddətinə – 2029-cu ilin sonuna qədər ƏDV-dən azad olunacaq.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.“Qafqazinfo”

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt