Cəlilabadda kitab sərgisi başladı – FOTOLAR

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

05-07 iyun tarixləri arasında Cəlilabad Rayon İcra Hakimiyyəti, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Cəlilabad rayonu Heydər Əliyev Seyrəngahında I Cəlilabad Kitab Sərgisi keçirilir.

Mecra.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sərginin açılış mərasimində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şamil Sadiq çıxış edərək sərginin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verib.

Çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirib ki, bu gün Cəlilabadda ilk dəfə təşkil olunan kitab sərgisi təkcə mədəni hadisə deyil, həm də maarifçiliyin, elmin və mənəvi inkişafın bayramıdır. Sərginin əsas məqsədi insanlarda mütaliə vərdişlərini gücləndirmək, gənc nəslin kitaba marağını artırmaq, cəmiyyət içində oxu mədəniyyətinin daha da inkişafına töhfə verməkdir.

Cəlilabad şəhəri Heydər Əliyev Seyrəngahında keçirilən kitab sərgisi çərçivəsində tanınmış yazıçıların imza saatları, konsert proqramları, təqdimatlar təşkil olunub. Sərgi cəlilabadlı oxucular tərəfindən məmnuniyyətlə qarşılanıb və böyük marağa səbəb olub. Kitabsevərlər bu kimi tədbirlərin regionlarda keçirilməsinin oxucuların sayının artmasına və gənc nəslin daha da sosiallaşmasına müsbət təsir göstərdiyini vurğulayıblar.

 

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt