Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisədir.
Azərbaycan və Qazaxıstan ortaq tarixi, mədəni və mənəvi dəyərlərə malik olan, türk dünyasının iki aparıcı dövlətidir: “Hər iki ölkə xalqları arasında qardaşlıq münasibətləri dərin köklərə əsaslanır. Bu baxımdan, Azərbaycan və Qazaxıstan prezidentlərinin qarşılıqlı səfərləri sadəcə diplomatik və siyasi görüşlər deyil, eyni zamanda qardaşlıq və mənəvi yaxınlığın təntənəsi kimi dəyərləndirilir. Bu səfərlər iki ölkə arasında tarixi dostluğun, sarsılmaz etimadın və qarşılıqlı dəstəyin bariz göstəricisidir. Dövlət başçılarının bir-birinə olan səmimi münasibəti, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfə, türk həmrəyliyinin daha da güclənməsinə şərait yaradır.
Qazaxıstanı mütəmadi ziyarət edirəm və Prezident Kasım-Jomart Kemeleviç Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstanda baş verən müsbət dəyişiklikləri, inkişafı əyani şəkildə görürük. Prezidentin modernləşdirilmə, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı üzrə həyata keçirdiyi islahatlar son illər Qazaxıstanın inkişaf və modernləşdirilmə yolunda inamla irəlilədiyini nümayiş etdirir.
Həmçinin Qazaxıstanın beynəlxalq nüfuzu möhkəmlənir. Bu gün Qazaxıstan bütün dünyada etibarlı tərəfdaşdır, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur.
Avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və onun bu prosesə fəal köməyi ilə sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib. Mənim Kasım-Jomart Kemeleviç ilə telefon danışığım olub, ona əldə edilən razılaşmaların bütün detalları haqqında məlumat vermişəm və bir daha Azərbaycana qardaş münasibətinin şahidi olmuşam. Biz bu gün də Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində bu məsələ haqqında da, ümumiyyətlə həmin razılaşmaların Cənubi Qafqaza və daha geniş coğrafiyaya, o cümlədən nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsiri barədə danışmışıq.
Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir.
İsa Allahverdiyev,
71 saylı Cəlilabad şəhər seçki dairəsinin sədri
👁 baxış
