Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatda vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək etimad və qarşılıqlı dəstək prinsiplərinə əsaslanır. Bu münasibətlərin kökündə xalqlarımızı birləşdirən ortaq türk kimliyi, tarixi dostluq və mənəvi dəyərlər dayanır. Cənab Prezidentin ifadəsi ilə desək, “biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq”.
İki ölkə liderləri arasında formalaşmış qarşılıqlı hörmət və səmimiyyət siyasi dialoqun dinamikliyini təmin edir, dövlətlərarası əlaqələrin bütün səviyyələrdə dərinləşməsinə şərait yaradır. Bu dialoq yalnız siyasi münasibətləri deyil, həm də iqtisadi, humanitar və mədəni sahələrdə inteqrasiyanı gücləndirir.
Xalqlarımızın dostluğu və qarşılıqlı dəstəyi, ən yüksək səviyyədə intensiv siyasi dialoq və hökumətlərin işi sayəsində çoxplanlı Qazaxıstan-Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir, yeni məzmunla zənginləşir. Bugünkü danışıqların nəticələri bunun əyani sübutudur.
Mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət ənənəvi olaraq gündəliyimizdə xüsusi yer tutur. Son illərin əlamətdar hadisələri Qazaxıstanın Azərbaycanda mədəniyyət və kino günlərinin keçirilməsi, onların ölkələrimizdə qarşılıqlı təşkilidir. Bu istiqamətdə işlərin sistemləşdirilməsi üçün mədəni əməkdaşlıq proqramının qəbul edilməsi barədə razılığa gəldik. Təhsilin və elmin, gənclərin təmaslarının inkişafı sahəsində geniş potensiala malik perspektivlər ayrıca müzakirə olundu. Bu məqsədlə Bakıda keçən ildən Qazaxıstan-Azərbaycan Elm və Təhsil Mərkəzi fəaliyyət göstərir.
Reginal və qlobal gündəliyə dair aktual məsələlər üzrə fikir mübadiləsi aparıldı. Biz beynəlxalq siyasət üzrə bütün aktual məsələlərdə mövqelərin eyniliyini bəyan edirik. Çoxtərəfli strukturlar çərçivəsində işlərin əlaqələndirilməsinin vacibliyi vurğulandı. Regional və qlobal səviyyələrdə sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsinə qarşılıqlı səylər ifadə olundu.
Qazaxıstanda qardaş Azərbaycanın nailiyyətlərinə ürəkdən sevinirlər. Bu səfəriin ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20-ci ildönümündə keçirilməsi rəmzi xarakter daşıyır. Bu illər ərzində dövlətlərimiz ikitərəfli əməkdaşlıqda böyük uğurlar əldə ediblər.
Prezident İlham Əliyev Prezident Trampın fəal vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh Bəyannaməsinin imzalanması üzrə tarixi missiyanı yerinə yetirib. Qazaxıstan da bu mühüm hadisəni rəsmi olaraq alqışlayıb.
Ümumilikdə səfərin yekunları Qazaxıstan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq, müttəfiqlik ruhunda qardaş xalqlarımızın rifahı naminə gələcək inkişafına qarşılıqlı surətdə hazır olduğumuzu əyani şəkildə nümayiş etdirir.
Emil Həsənov,
Cəlilabad rayon Dövlət Arxivinin müdiri
👁 baxış
