Prezidentlə şəhid anası arasında səmimi dialoq

XƏBƏR XƏTTİ
Prezidentlə şəhid anası arasında səmimi dialoq•Yerimizdə saymadıq, gün saydıq… – 44 gün!•“Omid”in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri – Anbaan video•İlham Əliyev xanımı ilə Zəngilanı gəzdi – VİDEO•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•“Qızım doğulandan iki gün sonra həyat yoldaşımla vidalaşıb qapıdan çıxdım” – VİDEO•“Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”•Prezidentlə şəhid anası arasında səmimi dialoq•Yerimizdə saymadıq, gün saydıq… – 44 gün!•“Omid”in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri – Anbaan video•İlham Əliyev xanımı ilə Zəngilanı gəzdi – VİDEO•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•“Qızım doğulandan iki gün sonra həyat yoldaşımla vidalaşıb qapıdan çıxdım” – VİDEO•“Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”•

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

“Qafqazinfo”nun məlumatına görə, Prezidentlə şəhid anası arasında səmimi söhbət baş tutub.

Prezident İlham Əliyev: Allah Soltanlı uğrunda döyüşlərdə şəhid olanlara rəhmət eləsin.

Qadın sakin: Şəhid anasıyam. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin sahibi Ziyadxan Əliyevin anasıyam.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Necə deyim, yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız, əsgərlərimizlə, ordumuzla bərabər, xalqın birliyi ilə bərabər. İnşallah, birliyimiz pozulmasın. Allah Sizi var eləsin. Siz bizim əbədiyaşar Prezidentimizsiniz.

Prezident İlham Əliyev: Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq.

Qadın sakin: Bəli, həmişə arxanızdayıq, Sizi sevirik.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt