Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu – VİDEO – FOTOLAR

XƏBƏR XƏTTİ
Cəlilabadda məktəb-ailə əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirildi – FOTOLAR•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•“Qızım doğulandan iki gün sonra həyat yoldaşımla vidalaşıb qapıdan çıxdım” – VİDEO•“Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”•İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü – VİDEO•Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu – VİDEO – FOTOLAR•Kamran Əsədovun 3 il həbsi tələb edildi•Cəlilabadda məktəb-ailə əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirildi – FOTOLAR•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•“Qızım doğulandan iki gün sonra həyat yoldaşımla vidalaşıb qapıdan çıxdım” – VİDEO•“Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”•İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü – VİDEO•Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu – VİDEO – FOTOLAR•Kamran Əsədovun 3 il həbsi tələb edildi•

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Mecra.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına və birinci xanıma Soltanlı kəndində görülən işlər barədə məlumat verdi.

Soltanlı kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. İşğal dövrünədək əhali əsasən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.

Ümumi sahəsi 108,5 hektar olan Soltanlı kəndində 420 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. Layihə üzrə Soltanlı kəndində ikimərtəbəli inzibati bina, uşaq bağçası, həkim-tibb məntəqəsi, həmçinin çoxfunksiyalı bina tikilib. Kənddə aptek, market, dərzi, gözəllik salonu və digər xidmət mərkəzləri üçün nəzərdə tutulmuş bir və ikimərtəbəli hissələrdən ibarət olmaqla çoxfunksiyalı bina inşa edilib.

Kənddə inşa olunmuş 140 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada metodika, kompüter, oyun, musiqi otaqları, yeməkxana uşaqların ixtiyarına veriləcək.

 




Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt