Vətən müharibəsində şəhidlərin döyüş meydanından çıxarılması zamanı hansı ağır və unudulmaz hadisələr yaşanıb?
Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin ehtiyatda olan giziri Səfaləddin Şahbazov döyüş meydanında şahidi olduğu tükürpədici faktları açıqlayıb. Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı olan Səfaləddin Şahbazov ağır döyüş əməliyyatlarında iştirak edib, şəhid və yaralı hərbçilərin döyüş meydanından çıxarılması tapşırıqlarını yerinə yetirib.
O, 2016-cı ilin Aprel döyüşlərində üç dəfə yaralanıb. XTQ-nin ehtiyatda olan giziri Səfaləddin Şahbazovun döyüş yolu, cəbhədə yaşadığı ağır anlar və yaddaşından silinməyən hadisələr barədə müsahibəsini təqdim edirik. Azərbaycan hərbçilərinin qəhrəmanlıq və döyüş tarixindən bəhs edən belə materialları izləmək üçün Rəhman Məlikli kanalına abunə olun.
Mecra.az məşhur jurnalist Rəhman Məliklinin müsahibəsini təqdim edir: