Cəlilabad rayonunda “Şagirdlərin təlim nəticələrinin yüksəldilməsində valideyn məsuliyyəti və məktəblə əməkdaşlıq” mövzusunda konfrans keçirilib.
Mecra.az xəbər verir ki, konfransda Cəlilabad Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinun Yetkinlik yaşına çatmayanlarla Proflaktiki İşin Təşkili Qrupunun baş inspektoru, polis mayoru Anar Atakişiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının Tədrisin keyfiyyət təminatı sektorunun müdiri Dürdanə Cəfərova, valideynlər, məktəb rəhbərləri, müəllim və psixoloqlar, Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşları iştirak edib.Tədbirdə məktəb və ailənin şagirdlərin təhsil və inkişafında birgə məsuliyyəti, valideynlərin təhsil prosesində fəal iştirakı, uşaqlarla sağlam ünsiyyətin qurulması və təhlükəsiz təhsil mühitinin formalaşdırılması məsələləri müzakirə olunub.
Çıxışlarda vurğulanıb ki, məktəb yalnız biliklərin mənimsədildiyi deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial bacarıqlar qazandığı və özünü ifadə etməyi öyrəndiyi mühüm mühitdir. Şagirdlərin uğurlu inkişafı isə məktəb və ailənin qarşılıqlı etimad və əməkdaşlığı ilə mümkündür.Konfransda “Məktəb və ailə eyni komandada olanda şagird hansı zirvələri fəth edə bilər?”, “Valideynin məktəblə əlaqəsi formal iclaslardan daha dərin necə ola bilər?”, “Qiymət cədvəlindən kənarda şagirdin real inkişafını necə görmək olar?”, “Məktəb divarlarından kənarda da valideyn övladını necə qoruya bilər?” və “Məktəb-valideyn əməkdaşlığının gizli formulu nədir?” mövzuları ətrafında fikirlər bölüşülüb.
Çıxışlar zamanı məktəb və ailənin vahid komanda kimi fəaliyyət göstərməsinin şagirdin inkişafının yalnız qiymətlərlə ölçülməməli olduğu, uşaqların fərdi xüsusiyyətləri, maraqlarının və sosial bacarıqlarının da diqqətdə saxlanılmasının vacibliyi qeyd edilib. Çıxışlar zamanı valideynlərin məktəblə əlaqəsinin yalnız valideyn iclasları və ya hər hansı problem yarandıqda qurulan ünsiyyətlə məhdudlaşdırılmamsı, məktəb və ailə arasında gündəlik münasibətlərin, qarşılıqlı məlumatlandırmanın və açıq dialoqun inkişaf etdirilməsi şagirdlərin ehtiyaclarının vaxtında müəyyənləşdirilməsinə, onların fərdi xüsusiyyətlərinin nəzərə alınmasına və təlim-tərbiyə prosesinin daha səmərəli təşkilinə imkan yaratdığı qeyd edilib.
Konfransda valideynlərin sualları ətrafında fikir mübadiləsi aparılıb, məktəb-ailə əməkdaşlığının daha səmərəli təşkili və şagirdlərin hərtərəfli inkişafının dəstəklənməsi istiqamətində müzakirələr aparılıb.












