Şuşa şəhəri Günü: varlığımızın təntənəsi

XƏBƏR XƏTTİ
Cəlilabadda məktəb-ailə əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirildi – FOTOLAR•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•“Qızım doğulandan iki gün sonra həyat yoldaşımla vidalaşıb qapıdan çıxdım” – VİDEO•“Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”•İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü – VİDEO•Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu – VİDEO – FOTOLAR•Kamran Əsədovun 3 il həbsi tələb edildi•Cəlilabadda məktəb-ailə əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirildi – FOTOLAR•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•“Qızım doğulandan iki gün sonra həyat yoldaşımla vidalaşıb qapıdan çıxdım” – VİDEO•“Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”•İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü – VİDEO•Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu – VİDEO – FOTOLAR•Kamran Əsədovun 3 il həbsi tələb edildi•

Artıq tarixi Zəfərin altıncı ildönümünə yetişmişik. Bu taleyüklü hadisə –Vətən müharibəsində şanlı Qələbəmiz respublikamızda hər il təntənə ilə qeyd edilir. Qarabağın tacı Şuşa düşmən üçün psixoloji baryer idi.  Ölkəmizin Prezidenti,  Müzəffər Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab  İlham Əliyevin qətiyyətli sərkərdəlik fəaliyyəti, müdrik siyasəti və Allahdan rəhmət dilədiyimiz hər bir şəhidimizin, cansağlığı arzuladığımız hər bir qazimizin güc-qüdrəti, döyüş ruhu ilə xalqımıza bəxş edilən bu parlaq Qələbənin sevinc-fərəhini yaşayırıq.

Azərbaycan Respublikasının Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz  Şuşa rayonuna təyin edilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçirilib.  32 ildən sonra keçirilən budəfəki “Xarıbülbül” festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. “Xarıbülbül” festivalından sonra Şuşada Vaqifin Poeziya gecəsinin bərpa olunması Azərbaycan xalqının Zəfər sevincini daha da coşdurdu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i  Şuşa Şəhəri Günü qeyd olunur.

Dövlət başçısı müharibədən sonrakı ilk günlərdən Şuşada təmir-bərpa işlərinin, infrastrukturun yaradılması prosesinin başlanmasına göstəriş verib. İlk növbədə 2020-ci ilin noyabrından Şuşaya aparan Zəfər yolunun tikintisinə başlanıb. İnfrastrukturla yanaşı, Şuşada tarixi abidələrin bərpasına da qısa müddətdə başlanıb. Bir neçə ay ərzində şəhərdə ermənilərin dağıtdıqları görkəmli şairimiz  Molla Pənah Vaqifin məqbərəsi, dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəli və ev-muzeyi, Bülbülün ev-muzeyi bərpa edilib.  Dövlətimiz azad edilmiş rayonlarda geniş miqyaslı quruculuq işləri görür.

 

Əfrahim Hüseynov,                

Yeni Azərbaycan Partiyasının veteranı

                                                                                                                       

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt