“Omid”in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri – Anbaan video

XƏBƏR XƏTTİ
Prezidentlə şəhid anası arasında səmimi dialoq•Yerimizdə saymadıq, gün saydıq… – 44 gün!•“Omid”in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri – Anbaan video•İlham Əliyev xanımı ilə Zəngilanı gəzdi – VİDEO•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•“Qızım doğulandan iki gün sonra həyat yoldaşımla vidalaşıb qapıdan çıxdım” – VİDEO•“Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”•Prezidentlə şəhid anası arasında səmimi dialoq•Yerimizdə saymadıq, gün saydıq… – 44 gün!•“Omid”in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri – Anbaan video•İlham Əliyev xanımı ilə Zəngilanı gəzdi – VİDEO•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•“Qızım doğulandan iki gün sonra həyat yoldaşımla vidalaşıb qapıdan çıxdım” – VİDEO•“Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük”•

“Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib.

Mecra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər.

Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki “Omid Gəncə-3” mağazasının müdirini satılan mallardan əldə edilən pulları mənimsəməkdə ittiham ediblər.

Onlar bu məsələ ilə bağlı mağaza müdirini döyüb, müxtəlif vasitələrlə hədə-qorxu gələrək şirkətə vurduğu ziyana görə 88 min manat pul tələb ediblər.

Zərərçəkmiş şəxsin polisə şikayətindən sonra şirkət rəhbəri Rəhman Məmmədov və işçisi Tərlan Qasımzadə saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə – zor tətbiq etməklə) maddəsi ilə ittiham irəli sürülüb, dünən axşam hər ikisi barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Omid” təmir, inşaat və məişət əşyalarının topdan və pərakəndə satışı üzrə Azərbaycanda ən böyük mağazalar şəbəkələrdən biridir. Şirkətin Bakı, Gəncə, Sumqayıt şəhərlərində və rayonlarda 100-ə yaxın filialı var.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt