Cəlilabadda təhsil müəssisələrində çalışan şəhid ailələri ilə görüş keçirildi – FOTOLAR

XƏBƏR XƏTTİ
Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Səmalarda qürurla dalğalanan üç rəngli bayraq! “Bayraq mənliyimdir, bayraq mənliyim,  Azərbaycan adlı məmləkətimdir!”•Cəlilabadda təhsil müəssisələrində çalışan şəhid ailələri ilə görüş keçirildi – FOTOLAR•Prezidentin sakinlə zarafatı – “Qonşuyuq?”•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Səmalarda qürurla dalğalanan üç rəngli bayraq! “Bayraq mənliyimdir, bayraq mənliyim,  Azərbaycan adlı məmləkətimdir!”•Cəlilabadda təhsil müəssisələrində çalışan şəhid ailələri ilə görüş keçirildi – FOTOLAR•Prezidentin sakinlə zarafatı – “Qonşuyuq?”•

8 Noyabr – Zəfər Günü münasibətilə Cəlilabadda təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri, qazi və veteran müəllimlərlə görüş keçirilib.

Mecra.az xəbər verir ki, görüş Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəlilabad rayon komitəsinin və Cəlilabad rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri, qazi və veteran müəllimlər iştirak edib.

Görüş Cəlilabad şəhərində Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinə ucaldılan Şəhidlər Xiyabanının ziyarət edilməsi ilə başlanıb. Ziyarət zamanı şəhidlərimizin müqəddəs ruhları dərin ehtiramla yad edilib.Tədbir Azərbaycan Respublikasının Dövlət himni səsləndirilməklə və şəhidlərimizin müqəddəs xatirələri yad ediləklə, iştirakçıların şərəfinə təşkil edilmiş süfrə arxasında davam etdirilib.Bu zaman 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki müstəsna yeri və əhəmiyyəti vurğulanıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin və əsgər-zabitlərimizin misilsiz qəhrəmanlığının nəticəsi olduğu qeyd edilib. Bildirilib ki, bu Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adları və xatirələri daim ehtiramla anılacaq.

Görüş zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğının yalnız əlamətdar günlərlə məhdudlaşmadığı, onların hər zaman cəmiyyətin diqqət mərkəzində olmasının vacibliyi xüsusi vurğulanıb. Şəhidlərimizin bizə əmanət qoyduğu ailələrə sahib çıxmağın, onların qayğıları ilə maraqlanmağın və qəhrəmanlarımızın xatirəsini gələcək nəsillərə çatdırmağın hər birimizin mənəvi borcu olduğu bildirilib.Şəhid ailələrinin üzvləri və iştirakçılar onlara göstərilən diqqətə, ehtirama və qayğıya görə təşəkkürlərini bildirərək, bu cür görüşlərin mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Bir mətn şəkili ola bilər

Bir alov şəkili ola bilər

Şəkilin açıqlaması yoxdur.

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt