“Atamın izlərini daşıyan torpağa gedirəm” – Milli Qəhrəmanın qızı

XƏBƏR XƏTTİ
General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•

“Artıq daha tez-tez Ağdama gedib, atamın məzarını ziyarət edəcəyik”.

Mecra.az xəbər verir ki, bu sözləri Ağdama səfər zamanı Milli Qəhrəman Allahverdi Bağırovun qızı Aynur Bağırova deyib.

O bildirib ki, bu gün ağdamlılar üçün əlamətdar gündür: “Ağdama hələ uşaq vaxtı qatarla getmişdim. Müharibə hələ olmamışdı”.

Milli Qəhrəman Allahverdi Bağırovun digər qızı Zümrüd Bağırova əlavə edib ki, Ağdama qatarla səfər etmək sevindirici haldır: “Atamın izlərini daşıyan torpağa gedirəm. Onun dəfələrlə məzarını ziyarət etmişik. Bu dəfə isə atamın kollektivi ilə gedirik. Bunlar çox gözəl hisslərdir”.

Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı–Ağdam–Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt