Azərbaycan tarixinin Zəfər zirvəsi

XƏBƏR XƏTTİ
General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•

44  günlük  Vətən müharibəsi  Azərbaycanın hərb tarixində qızıl səhifədir. Möhtərəm Prezidentimiz,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

Bu müharibədə əldə edilən uğurlar əsgər və zabitlərimizin şücaəti, xalqımızın əzmi və birliyi, Azərbaycan Respublikasının Prezidenti  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, təmin etmişdir. Nə qədər çətin, ağrılı olsa da, şəhidlər versək də, şəhər və kəndlərimiz dağılsa da, iqtisadiyyatımıza külli miqdarda ziyan dəysə də qələbədən qürur duyuruq, uğurlarımızla, düşməni susdurmağımızla, təcəvüzkarları alçaltmağımızla fəxr edirik. İkinci Qarabağ müharibəsi Azərbaycanın qəhrəmanlıq tarixidir. Azərbaycan ordusu böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb. Əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı bizə qələbə qazandırdı. Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır.Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Şəhid övladlarımıza Allahdan rəhmət diləyirik, qazilərimizə  cansağlığı  arzulayırıq.

Bu tarixi hadisə beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərin hərbi yolla icrasının reallaşdırılmasının göstəricisidir. 30 ilə yaxın müddətdə Azərbaycan Respublikası BMT səviyyəsində qəbul olunmuş qətnamələrin sülh və danışıqlar yolu ilə icrasının təmin olunması üçün səy göstərib, bütün danışıqlarda təşəbbüskar, həm də tərəfkeş kimi iştirak edib. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi 1994-cü ildə atəşkəs razılaşması əldə olunsa da, dəfələrlə atəşkəsi pozub. Nəhayət ki, cavabını da alıb. Biz, xalqımızın qələbəsi ilə fəxr edirik. Bu gün biz torpaqlarımızın azad olunmasının ildönümünü qeyd edir, qürurlanır, bu vətənin övladı olmağımızla fəxr edirik. Bu gün də Zəfər duyğularımızı  sözlə ifadə etmək çətindir.

Cahangir Muradov,

Əməkdar mədəniyyət işçisi

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt