Ulu Öndər Heydər Əliyevin ölməz  ideyaları böyük Qələbəmizi təmin etdi

XƏBƏR XƏTTİ
Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•Prezident Xankəndidə açılışda – FOTOLAR•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•Prezident Xankəndidə açılışda – FOTOLAR•

30 illik həsrətli müddət ərzində xalqüımız daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, Möhtərəm Prezident cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır” deyirdi. O, Ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular.  “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı.

İkinci Qarabağ müharibəsinin ilk günlərindən  Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı  bu birliyin qarşısıalınmaz gücünü göstərdi. Məkrli düşmənlə üz-üzə döyüşlərdə  işğalçıya tarixi dərs verən Milli  Ordumuzun sarsıdıcı zərbələrindən  qorxuya düşən, hələ də özünə gələ bilməyən Ermənistan təkcə hərb meydanında deyil, diplomatiyada, informasiya müharibəsində də  Azərbaycana yenildi.

Dövlətimizin başçısı, Müzəffər  Ali Baş Komandanımız  İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!”

Ulu Öndərin ölməz ideyaları, müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər öz işığıyla xalqımızı, ordumuzu şanlı qələbəyə doğru aparmışdır, Ali Baş Komandana ordumuzdakı mürəkkəb problemləri həll etməyə imkan vermişdir.

Hazırda Azərbaycanın tarixində yeni səhifə – quruculuq missiyası sürətlə davam etdirilir, azad edilmiş torpaqlara həyat qayıdır. Ulu öndərimizin da ruhu şaddır.

 

Ziya Quliyev, “Cəlilabad  Rayon Mərkəzi Xəstəxanası “ Publik Hüquqi Şəxsdə  Xəstə xidmətləri şöbəsinin müdiri

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt