“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib

XƏBƏR XƏTTİ
“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•

Pirallahı rayonunda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Mecra.az xəbər verir ki, bayram ərəfəsində rayon ərazisinin Zəfər Gününün ruhuna uyğun bəzədilməsi üçün geniş hazırlıq işləri görülüb. Gürgən qəsəbəsinin girişində, Qala divarlarının üzərində, mərkəzi yol boyunca və əsas küçələrdəki binaların eyvanlarında Azərbaycan Respublikasının Dövlət Bayraqları ucaldılıb. Bundan əlavə, “Vətən uğrunda” abidə kompleksinin ətrafında və Gürgən qəsəbə qəbiristanlığındakı şəhid məzarlarının ərazilərində təmizlik və abadlıq işləri aparılıb.

Noyabrın 7-də Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, millət vəkili Vüqar İskəndərovun, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasovun, eləcə də idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində ümumilikdə 700 ağac və gül kolu əkilib, mövcud ağacların dibləri yumşaldılıb, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.

Aksiyadan sonra Vasif İmanovun rəhbərliyi ilə tədbir iştirakçıları “Vətən uğrunda” abidə kompleksini ziyarət ediblər. Ziyarətdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon İcra Hakimiyyətinin başçısı və digər iştirakçılar abidənin önünə gül dəstələri düzüblər.

Daha sonra Pirallahı Gənclər Evində “Şanlı Zəfərimiz – milli qürurumuzun zirvəsi” adlı tədbir keçirilib. Tədbirdən əvvəl Gənclər Evinin dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış olub. Himn səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirin rəsmi hissəsində ilk olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayon ictimaiyyəti adından tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək bu tarixi günün Azərbaycan xalqının yaddaşında milli qürur, birlik və dövlətçilik iradəsinin təcəssümü kimi xüsusi yer tutduğunu bildirib. O, Azərbaycanın ərazi bütövlüyünün bərpasının Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsi olduğunu vurğulayıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, yüksək döyüş hazırlığı və peşəkarlıq, eləcə də xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlik tarixi Qələbənin əldə olunmasında həlledici rol oynayıb. Rayon rəhbəri Pirallahı rayonundan olan şəhidlərin və müharibə iştirakçılarının da Vətən uğrunda mübarizədə göstərdikləri fədakarlığın ümumxalq Zəfərinin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə toxunan Vasif İmanov Böyük Qayıdış proqramının uğurla icrasının tarixi torpaqlarımızda həyatın yenidən canlanmasına, müasir infrastrukturun yaradılmasına və yaşayış məntəqələrinin bərpasına xidmət etdiyini bildirib. Sonda şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, qazilərə və şəhid ailələrinə diqqət və qayğının göstərilməsinin hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.

Pirallahı Məhkəməsinin sədri Faiq Qasımov çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünün və suverenliyinin bərpası baxımından tarixi əhəmiyyət daşıdığını bildirib. O, ölkəmizin uzun illər ərzində ərazi bütövlüyünün təmin olunması istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe nümayiş etdirdiyini, 44 günlük Vətən müharibəsi nəticəsində isə tarixi ədalətin bərpa olunduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycanın əldə etdiyi Qələbə dövlətimizin öz suveren hüquqlarını təmin etmək əzminin və beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinin nəticəsidir.

Millət vəkili Vüqar İskəndərov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli həmrəyliyinin, vətənə bağlılığının və mübarizə əzminin parlaq təzahürü olduğunu bildirib. O, 44 günlük Vətən müharibəsi zamanı formalaşan xalq-ordu-iqtidar birliyinin tarixi Qələbənin əsas dayaqlarından birinə çevrildiyini qeyd edib. Bildirib ki, Azərbaycan xalqı müharibə dövründə nümayiş etdirdiyi həmrəylik və mənəvi dəstəklə öz dövlətinin və ordusunun yanında olduğunu bütün dünyaya nümayiş etdirib. O, həmçinin tarixi Qələbənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində mühüm rol oynadığını bildirib.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxışında Azərbaycanın qazandığı tarixi Zəfərin möhkəm siyasi təməllərə, ardıcıl dövlətçilik siyasətinə və milli maraqlara əsaslanan inkişaf strategiyasına söykəndiyini bildirib. O, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin ölkəmizin güclənməsində, beynəlxalq nüfuzunun artmasında və tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçilik maraqlarının qorunmasını, milli birliyin möhkəmləndirilməsini və ölkənin davamlı inkişafını fəaliyyətinin əsas istiqamətləri kimi müəyyən edib. Emil Abasov Zəfərin yalnız hərbi-siyasi nəticələrlə məhdudlaşmadığını, eyni zamanda, milli ideologiyanın, dövlətçilik düşüncəsinin və vətənpərvərlik dəyərlərinin daha da möhkəmlənməsinə təkan verdiyini bildirib.

Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb. Tanınmış mədəniyyət və incəsənət xadimlərinin, eləcə də rayonun mədəniyyət müəssisələrinin kollektivlərinin iştirakı ilə təqdim olunan konsert proqramı rəngarəng çıxışları ilə yadda qalıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt