Zəfər yoluna çıxdığımız vaxtdan altı il keçir. Xalqımız Şuşanın işğaldan azad olunduğu günü Zəfər Günü kimi böyük sevinc və qürur hissi ilə qeyd edir.
8 noyabr Zəfər Günü Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsidir. Bu gün xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Dünyaya səs salan Zəfərimiz xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatıdır. Vətən müharibəsində Şanlı Qələbəmiz Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi, əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin qəhrəmanlığı və canı-qanı bahasına qazanılıb.
Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi nəzarəti, tapşırıqları, göstərişləri və təşəbbüsləri ilə təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən strukturlardan ilk növbədə ordunun yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində Silahlı Qüvvələrin tərkibindəki bütün qoşunların döyüş imkanlarının artırılması üçün qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirildi. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada İlham Əliyevin rəhbərliyi ilə əldə olunan inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətinin artırılması idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılmışdır.
Biz Cəlilabadlılar bütün Azərbaycan xalqını bu möhtəşəm tarixi qələbə münasibətilə ürəkdən təbrik edirik, Bu əlamətdar gündə həm də Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızı xatırlayırıq. Allah şəhidlərimizə rəhmət eləsin.
Ərzuman Məmmədov,
YAP Cəlilabad RT, Cəngan ƏPT sədri