Qaranlıq yolda piyada vuruldu – VİDEO

XƏBƏR XƏTTİ
Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•

Ötən gün gecə saatlarında paytaxtın Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Gəncə prospektində eynisəviyyəli piyada keçidinin yaxınlığında iki minik avtomobili toqquşub.

Belə ki, maşınlardan biri yolu keçidlə keçən şəxsə yol verərkən arxadan gələn digər nəqliyyat vasitəsi ona çırpılıb. Öndəki avtomobil idarəetmədən çıxaraq piyadanı vurub. Xoşbəxtlikdən piyada yüngül xəsarətlərlə qurtula bilib.

Hadisə yerindən çəkilmiş görüntülərdən məlum olur ki, qəzanın baş verdiyi gecə saatlarında Gəncə prospektinin işıqlandırılması dayandırılıb. Sakinlər prospektdə işıqlandırmanın olduğunu, lakin sutkanın müəyyən saatlarında söndürüldüyünü bildiriblər.

Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılacaq və küçənin işıqlandırılması ilə bağlı məsələ nəzarətə götürüləcək.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt