Şanlı Zəfər tariximiz

XƏBƏR XƏTTİ
Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•Prezident Xankəndidə açılışda – FOTOLAR•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•Prezident Xankəndidə açılışda – FOTOLAR•

Xalqımız Zəfər bayramını qeyd edir. 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı.

Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir daha əyani şəkildə görürük ki, xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə layiq görülüb. Bu isə onu göstərir ki, bütün dövrlərdə və yaşanan hadisələrdə Möhtərəm Prezidentimizin seçimi xalqın yanında olmaqdan ibarət olub.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qətiyyəti və şücaəti ilə Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Halbuki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi.

Vətən müharibəsindəki qələbəmiz milli birliyin nəticəsidir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçib.

Firudin Əzizov,

 Vətən Müharibəsi iştirakçısı, polkovnik

                                                                                      

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt