Çiyələyi nə qədər yemək olar? – Gündəlik norma

XƏBƏR XƏTTİ
Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Bolqarıstanda ilk dəfə qadın prezident seçildi•Vəzifəli şəxs rüşvətə görə həbs edildi•Cəlilabadda anasının evinə basqın edərək onu döyən “xeyriyyəçi” saxlanıldı – Anbaan video•Azərbaycanda bu sürücülər də imtahan verəcək•

Çiyələk – vitaminlər, antioksidantlar və liflərlə zəngin olan ən sevimli və faydalı giləmeyvələrdən biridir. Lakin hər hansı bir qida məhsulunda olduğu kimi, bunda da ölçünü bilmək vacibdir.

Bəs gündə nə qədər çiyələk yemək olar ki, orqanizmə zərər verməsin?

Mecra.az-ın verdiyi məlumata görə, tanınmış rusiyalı həkim Olqa Tarasova bununla bağlı danışıb.

Onun sözlərinə görə, yetkinlər və uşaqlar üçün çiyələk istehlakının gündəlik norması ümumi sağlamlıq vəziyyətinə görə dəyişir.

“Kişilərə gündə 2 fincandan çox çiyələk (300-400 q) istehlak etməmək tövsiyə olunur. Bir qayda olaraq, kişilər daha yüksək fiziki aktivlik səviyyəsinə malik olduqları üçün qidalanmalarında daha çox giləmeyvə yeyə bilərlər. Qadınların kalori ehtiyacı bir qədər azdır – gündə 1-1,5 fincan (200-250 q) ilə kifayətlənmək lazımdır”, – deyə həkim bildirdi.

Ekspertin sözlərinə görə, bir yaşdan üç yaşa qədər uşaqlar gündə təxminən 50-100 q çiyələk yeyə bilərlər – bu təxminən 5-7 orta ölçülü və ya 3-4 böyük giləmeyvədir.

“4-8 yaş arası uşaqlar – gündə təxminən 100-150 q, 9-13 yaş arası uşaqlar – gündə təxminən 150-200 q, 14-18 yaş arası yeniyetmələr gündə təxminən 200-250 q çiyələk istehlak edə bilərlər. Bu yaşda həm oğlanların, həm də qızların kalori qəbulu yetkin qadınla eynidir”, – deyə həkim bildirib.

Qeyd edək ki, çiyələk “A”, “B”, “E” və “C” qrupu vitaminləri, həmçinin yod, dəmir, kalsium, fosfor, manqan, lif, pektin, beta-karotin, fol turşusu və digər faydalı maddələr ehtiva edir. Çiyələk istehlakı immuniteti gücləndirməyə, xroniki və onkoloji xəstəliklərin riskini azaltmağa kömək edir. “B” qrupu vitaminləri mərkəzi sinir sisteminə və beyinə müsbət təsir göstərir. Giləmeyvə həmçinin mədə-bağırsaq sisteminin işini normallaşdıran liflərlə zəngindir (oxu.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt