“Gecə-gündüz burda narkotik satışı gedir” – Sakinlər etiraz edir + Video

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

Bloqer Nail Kəmərlinin Bakının “Papanin” və “Xutor” adlanan ərazilərində narkomaniyanın yayılması ilə bağlı hazırladığı süjet geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, verilişdə danışan yerli sakinlərin çıxışları, səsləndirdikləri fikirlər sosial şəbəkələrdə kütləvi şəkildə yayılmaqdadır. Onlar son illərdə narkomaniyanın daha da artdığını, bəzi insanların bu ərazilərdə kirayə evlərin ucuz olması səbəbindən burada cəmləşdiklərini, hətta açıq-aşkar narkotik satışının baş verdiyini, oğurluq, soyğunçuluq hadisələrinin artdığını qeyd ediblər.

Sakinlərin bir neçəsinin çıxışını təqdim edirik:

Qeyd edək ki, yutub platformasında verilişin yayımlanmasından sonra Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları həmin ərazilərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bildirilib ki, Cəlil Məmmədquluzadə (“Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb. Nərimanov RPİ əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib.

 

 

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt