Qlobal miqyasda rolu və nüfuzu artan Azərbaycan dünyanın ən müxtəlif regionlarındakı dövlətlərlə ikitərəfli əlaqələrini genişləndirməkdədir. Bildiyimiz kimi, son illərdə Latın Amerikası, Afrika regionu dövlətləri ilə yanaşı, ölkəmiz Uzaq Şərq dövlətləri ilə də qarşılıqlı maraqlara əsaslanan münasibətlərini inkişaf etdirməkdədir. Bu baxımdan, Prezident İlham Əliyevin Şərqi və Cənub-Şərqi Asiya regionuna baş tutan səfərləri, keçirdiyi görüşlər ölkəmizin regionla siyasi, iqtisadi, humanitar əlaqələrinin inkişafına əlavə imkanlar yaradıb. Azərbaycanın Şərqi və Cənub-Şərqi Asiya regionu ilə əlaqələrinin genişlənməsində Vyetnamla siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin qurulmasının mühüm əhəmiyyəti var.
Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, 66 ilə söykənən Azərbaycan və Vyetnam tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. 7 may 2025-ci il tarixində Vyetnam Kommunist Partiyası Baş katibi To Lamın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsi, hökumətlərarası və siyasi dialoqun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan-Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycanla Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkələrimizin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələri gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir.
Azərbaycan və Vyetnam hələ SSRİ dövründə yaxın dostluq münasibətlərinə malik olub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri tərəflər arasında səmimi münasibətlərin qurulmasında mühüm rol oynayıb. Müstəqil Azərbaycanın xarici siyasətində Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin möhkəmlənməsi kontekstində Vyetnama önəm verilməsi də xoş tarixi ənənəyə söykənir. Həmin möhkəm tarixi təməllərə əsaslanan dostluq münasibətləri yarım əsrdən artıq müddətdə öz dinamikasını qoruyub saxlamaqla yanaşı, son 30 ildə yeni siyasi mərhələyə daxil olub. Tərəflərin xoş məramı əsasında qurulan Azərbaycan-Vyetnam münasibətləri hazırda çoxşaxəli səciyyə daşıyır. Vyetnam lideri To Lamın Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi qismində Azərbaycana ilk səfərinin münasibətlərin inkişafında yeni üfüqlər açacaqdır. Bu səfər gələcək qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verməklə, siyasi-iqtisadi-ticari əlaqələrə, humanitar və mədəni mübadiləyə yeni töhfələr verəcək.
Bu gün iki dost ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da iqtisadiyyatlarımızın gələcəkdə daha da şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları yaradılır. Son illər iki ölkə arasında intensiv əməkdaşlıq mövcuddur: ticarət dövriyyəsi artır, neft-qaz sənayesində əlaqələr inkişaf edir, kiçik və orta biznesin arasında qarşılıqlı fəaliyyət üçün platformalar yaradılır. Eyni zamanda, xüsusilə Azərbaycanın tranzit qovşağı kimi artan əhəmiyyətini nəzərə alaraq, mədəni dialoq gücləndirilir və nəqliyyat və logistika sahəsində yeni perspektivlər açılır. Azərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlıq sabit müsbət dinamika nümayiş etdirir. Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir. Hər iki ölkə vahid mövqedən çıxış edərək uğurlu əməkdaşlıqlara imza atırlar.
Mehparə Mansırova,
Prallahı rayonu, 243 nömrəli məktəbin direktoru
👁 baxış
